Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.
“İordaniyanın Müstəqillik Günü münasibətilə ən xoş arzu və təbriklərimizi çatdırırıq. Bu əhəmiyyətli gündə dost İordaniya xalqına möhkəm sağlamlıq, uğurlar və əbədi çiçəklənmə diləyirik”.