9 İyul 2020 15:08
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin müharibə mərhələsinə keçməsinə imkan verməməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert hesab edir ki, həmsədrlər bu səbəbdən mütəmadi olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında nəticəsiz görüşlər keçirməklə məşğuldur:

“Çünki hər üç dövlətə nəticə lazım deyil, onlar üçün əsas prioritet mövcud status-kvonun saxlanılmasıdır. Buna görə də, biz son zamanlar xarici işlər nazirləri arasında heç bir faydası olmayan görüşlərin şahidi oluruq.

Ən maraqlısı isə hər dəfə bu kimi görüşlərdən sonra Ermənistan xarici işlər nazirinin “sayıqlamaları” fonunda Elmar Məmmədyarovun diplomatik ruhda çıxışları və soyuqqanlılıq nümayiş etdirməsi idi. Düzdür, diplomat soyuqqanlı olmağı bacarmalıdır, ancaq diplomat həm də sözünün itiliyi və kəsərliyi ilə də seçilməlidir ki, əfsuslar olsun biz Xarici İşlər Nazirliyi tərəfindən bəzi hallarda bu kimi halları görmürük”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər