14 İyul 2020 10:39
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Teleqraf.com-un məlumatına görə, Ermənistan Silahlı Qüvvələri yenidən yaşayış evini hədəf alıb. Atəşlər nəticəsində Dondar Quşçu kəndində yerləşən ev yararsız vəziyyətə düşüb.

Kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Müəllif: Teleqraf.com