14 İyul 2020 14:20
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Tovuz istiqamətində şiddədli döyüşlər davam edir. Ordumuzun verdiyi cavablar nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Teleqraf.com-un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında deyib.

V.Dərgahlı bildirib ki, hazırda vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər davam edir. O qeyd edib ki, Ermənistan tərəfi Azərbaycanın yaşayış ərazilərini atəşdə saxlamağa çalışır.

V.Dərgahlı qeyd edib ki, əməliyyat şəraiti tam olaraq Azərbaycan ordusunun nəzarəti altındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər