23 İyul 2020 16:03
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin xaricdəki diplomatik nümayəndəliklərimizə və soydaşlarımıza hücumlarının davam edib-etməyəcəyini mən nə təsdiq, nə də inkar edə bilərəm. Ola bilsin ki, erməni siyasətçilərinin yeni bir xətti var. Onlar danışıqlar prosesini onsuz da dağıdıblar.

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

Nazir müavini qeyd edib ki, ermənilər danışıqlar prosesində iflasa uğradıqlarından dünya ictimaiyyətinin fikrini yayındırmaq üçün gərginliyi artırmaqda maraqlıdırlar:

“Bu gün gərginliyin artmasında bütün məsuliyyət bilavasitə bugünkü Ermənistan hakim rejiminin üzərinə düşür. Bunu heç kim inkar edə bilməz. Ola bilsin ki, bunlar bu xətti davam etdirəcəklər. Gərginliyi artırmaq üçün xaricdəki aksiyaları da davam etdirəcəklər.

Heç kimin təminatı yoxdur ki, ermənilər sabah bu prosesin genişlənməsi zamanı ənənəvi erməni terrorçu təşkilatlarını cəlb etməyəcəklər. Mən xüsusilə, çox asan surətdə “Daşnaksütyun”un hərbi qanadının, ASALA kimi terror təşkilatlarının bu məsələyə cəlb olunmasını nəzərdə tuturam. Düzdür, son vaxtlar bunların fəaliyyəti haqqında məlumat səngiyib. Amma bu o demək deyil ki, onlar mövcud deyil.

Onlar məqsədə uyğun olaraq yenə də hədəfə yönələ bilərələr. Ona görə də bizim bugünki bəyanatımız ölkələri Azərbaycan diplomatik nümayəndəliklərinin mühafizəsi ilə bağlı diqqətli olmağa çağırır”.


Müəllif: Səxavət