10 Avqust 2020 14:33
3 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarusdakı hadisələri diqqətlə izləyirəm. Son on ildə Belarus ağır durumdadır. Siyasi çağırışlar, iqtisadi və maliyyə çətinlikləri artıb”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist Belarus başçısının çətin sınaq qarşısında qaldığını bildirib:

“Belarus Prezidenti Aleksandr Lukaşenko iki od arasındadır: bir tərəfdən mütəmadi olaraq Minski sıxan, ağlagəlməz pressinq edərək sanksiyalarla əzməyə çalışan Qərb - digər tərəfdə “İttifaq Dövləti” idefiksindən əl çəkməyən Rusiya və Minski mümkün qədər asılı vəziyyətə salmağa çalışan Kreml.

Ümumiyyətlə, istənilən ölkədə yaşananları efemer postlibertarian anlamlara əsasən yox, həmin ölkədəki mövcud iqtidarın və müxalifətin ölkəmizə, xalqımıza münasibəti rakursundan dəyərləndirmək, məncə, daha məntiqidir. Hər halda ingilislər və əla bələd olduğum fransızlar belə davranırlar.

Aleksadr Lukaşenko iqtidarı daim Azərbaycanı dəstəkləyib: hər sahədə. “Batka” Ermənistanın siyasi isteblişmentinə kəskin münasibəti ilə tanınır. Yəni Lukaşenkoya bələdik.

Bəs Svetlana Tixanovskayanı irəli vermiş, əsl fiqurlarının kölgədə qalmağa üstünlük verdiyi Belarus müxalifəti? Tanıyırıqmı onları? Mən zahirən bələdəm və Belarus müxalifətinin liderlərinin Azərbaycana münasibətləri barədə konkret fikir söyləməyə çətinlik çəkirəm. Romantik olmayaq, alman Lüdviq fon Roxaunun "realpolitik" adlandırdığı məqamı unutmayaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər