14 Avqust 2020 22:25
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 14-də Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Kestutis Yankauskas ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafının ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən olduğunu bildirib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin bir çox sahələrdə, xüsusilə enerji, investisiya, ticarət və sair sahələrdə inkişaf etdiyi, Avropa İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğu qeyd edilib. Azərbaycanda Avropa İttifaqı ilə müxtəlif proqramlar və layihələr çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Bu xüsusda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi sahəsində Aİ ekspertləri cəlb edilməklə məlumat və təcrübə mübadiləsinin aparılması təklif olunub.

Görüşdə, həmçinin Aİ-Azərbaycan əməkdaşlığının gündəliyində duran bir sıra məsələlər, o cümlədən yeni hərtərəfli saziş üzrə danışıqların davam etdirilməsi və əlaqələrin perspektivləri müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər