23 Avqust 2020 09:16
1 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla mübarizə ümummilli məsələdir. Heç kim şəxsi mənafeyi, tutduğu vəzifə və yaxud hansısa statusuna görə insanların həyatını təhlükəyə ata bilməz. Ölkədə sanitar-epidemioloji vəziyyətin və karantin rejiminin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər üçün məsuliyyət müəyyən edilib. Bu qanunu pozan hər bir kəs kimliyindən asılı olmayaraq qanun qarşısında cavabdehdir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və ölkədə qanunun aliliyi təmin edilib: “Heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabər hüquqa malikdir. Ölkəmizdə qanunların qarantı Prezident İlham Əliyevdir. Bu, ali iradənin tələbidir. Heç bir şəxs statusundan istifadə edərək qanunları poza bilməz. Pandemiya başlayandan ölkə başçısı İlham Əliyev və birinci-vitse prezident Mehriban xanım Əliyeva xalqımızın sağlamlığının qorunması üçün zəruri olan bütün addımları atıb və qərarlar qəbul edib. Cənab prezident həm gözəgörünməz, həm də açıq düşmənlə mübarizədə daim öndədir”.

İlham Məmmədov vurğulayıb ki, Operativ Qərərgahın müəyyən etdiyi qaydalara ölkəmizdə mütləq əksəriyyət tərəfindən ciddi riayət edilir: “Amma buna baxmayaraq ictimai nüfuza malik bəzi şəxslər öz şəxsi prinsiplərini əsas tutaraq müəyyənləşmiş qaydaları kobud şəkildə pozur.

Bu isə cəmiyyət üçün heç də yaxşı olmayan bir nümunəvi haldır. Akademik Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin qızının toyunda bir çox vəzifəli şəxslərin, millət vəkillərinin iştirakı sözsüz ki, birmənalı qarşılanmadı. Belə olan halda isə cəmiyyətə heç bir nümunədən danışmaq olmaz. Akademik Abel Məhərrəmov həmin toyda sağlıq deyir və ölkədəki uğurları Ramiz Mehdiyevin ayağına yazır. Akademikin belə bir tonda çıxışı, “biz kimik? xırda adamlarıq” deyimi heç bir məntiqə əsaslanmır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər