15 Sentyabr 2020 15:35
1 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şaiyələrlə, yalanlarla bu münasibətlərə xələl gətirmək mümkün deyil. İki ölkənin yaxın münasibətlərinin çoxlu düşmənləri var. Bizim regiondakı məsələlərlə bağlı mövqeyimiz məlumdur.

Teleqraf.com xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi keçirdiyi mətbuat konfransında bildirib.

Rusiyadan silah-sursatın İran vasitəsilə Ermənistana daşınmasına dair sualı cavablandıran səfir qeyd edib ki, Azərbaycanla münasibətlərin möhkləmlənməsində məhdudiyyət yoxdur:

“Biz Ermənistanla adi qonşuluq münasibətlərinə malikik. İran İslam Respublikası heç bir vəchlə imkan verməz ki, qonşu, dost müsəlman ölkəsinin əleyhinə hər hansı iş görülsün. Mən İranda olanda bu xəbəri araşdırdım, ölkəmizin yüksək rütbəli şəxsləri ilə danışdım. İran ərazisindən Ermənistanda silah-sursat daşınmasını qətiyyətlə təkzib edirik.

Rusiya Müdafiə nazirinin də Bakıda dediyi kimi onların öz hərbi hissəsinə tikinti materialları daşınıb. Mən sabiq həmkarınız olaraq sizə demək istəyirəm ki, bu kimi xəbərlərlə çox ehtiyatla davranmaq lazımdır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər