15 Sentyabr 2020 18:18
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi ərəb ölkələri ilə İsrail arasında münasibətlər bu gün qurulmayıb. Bu münasibətlərin tarixi neçə onilliklərə söykənir. Lakin bu münasibətləri indi aşkar ediblır.

Bunu son bir ay ərzində İsraillə iki ərəb ölkəsi – Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Krallığı arasında diplomatik əlaqələrin qurulmasına dair Teleqraf.com-un sualını cavablandıran İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.

Onun sözlərinə görə bu onu göstərir ki, həmin ölkələrin rəhbərləri Fələstinə, ərəb xalqına və region ölkələrinə xəyanət ediblər:

“Bəlkə də onlar İsraillə münasibətləri ola-ola Fələstinin xeyrinə bəzi qətnamələri də imzalayıblar. Lakin indi hər şeyi açıq-aşkar edirlər və ərəb amalını, Fələstin amalını, özləri iddia etdikləri amalları kənara qoyub İsraillə münasibət qururlar”.

Səfir qeyd edib ki, digər tərəfdən bunu ABŞ Prezident Donald Trampın seçki layihəsi hesab edirlər:

“Cənab Tramp prezidentliyinin son aylarında müəyyən imtiyazlar əldə etmək istəyir. Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə İsrail arasında uzun müddət mövcud olan münasibətləri indi aşkar etməklə özü üçün müəyyən üstünlük əldə etməyə çalışır. Biz yəqin bilirik ki, uğur qazanmayacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər