Sabah Şərqi Aralıq dənizində müşahidə olunan gərginliklə bağlı kritik görüş keçiriləcək.
Teleqraf.com xəbər verir ki, Yunanıstan mediası görüşün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Kansleri Angela Merkel arasında baş tutacağını yazıb.
İddiaya görə, videokonfrans formatında keçiriləcək görüşdə Avropa Komissiyasının başqanı Çarles Mişel də qatılacaq.
Yunanıstan mediasına danışan diplomatik qaynaqlar bildiriblər ki, 24-25 sentyabrda baş tutacaq Avropa Birliyi ölkələri liderlərinin zirvə görüşü öncəsi gərginliyi aradan qaldırmaq əsas müzakirə mövzusu olacaq.
Xatırladaq ki, Almaniyanın Afinadakı səfiri Ernst Reiçel ötən həftə Kansler Merkelin bu mövzunu yaxından izlədiyini və Türkiyə ilə Yunanıstan arasında sülh həlli üçün ciddi cəhdlər göstərdiyini açıqlamışdı.