16 Oktyabr 2020 20:36
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Qarabağda aparılan hərbi əməliyyatlarla bağlı mövqeyini normal qarşılamaq lazımdır. Biz İrandan çox şey gözləməməliyik. Əslində İranın bu məsələdə bitərəf qalması bizə xeyir verər. Bizim başqa cəbhələr açmağa ehtiyacımız yoxdur. İran bitərəfliyini saxlayırsa, bunun özü kifayətdir.

Bu sözləri Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı anti-terror əməliyyatı konteksində İran dövləti tərəfindən səsləndirilən bəyanatları şərh edərkən deyib.

Partiya sədri xatırladıb ki, SEPAH üzvü olan general Azərbaycan torpaqları geri qaytarılmalıdır: “O cümlədən Ali dini rəhbərin nümayəndəsi də çıxıb dedi ki, müsəlman torpaqları sahiblərrinə qaytarılmaldıır. Ancaq dövlət səviyyəsində Azərbaycana dəstək verilməsi, habelə Ermənistanın blokadaya alınması kimi addımlar müşahidə edilmir. Müharibənin ilk dövründə məlumatlar yayıldı ki, onlar erməni tərəfinə köməklik də göstərirlər. Bütün bunlarla bərabər hesab edirəm ki, İranın indiki mövqeyi bizi qane etməlidir”.

Sərdar Cəlaloğlu xatırladıb ki, Azərbaycan müharibəyə başlayanda və müəyyən uğurlar qazandıqdan sonra bir sıra ölkələrin mövqeyində dəyişikliklərin olmasına təbii yanaşmaq lazımdır: “Biz bir qədər irəlilədikdən sonra hətta Fransada faktiki mövqeyini yüngülləşdirdi. Bütün ölkələr mövqeyini dəyişəcək. Onlar elə düşünürdü ki, Azərbaycan zəifdir, məğlub olacaq. Ermənilər öz barələrində o qədər yanlış məlumatlar yaymışdı. Neçə illərdir onlara hər yerdən pul verirdilər. İndisə aydın olur ki, Ermənistanın ordusu və xarakteri, habelə döyüş qabiliyyəti zəif tərəfdir. Hamı qalibin yanında durmalıdır. Əksər ölkələrin Azərbaycanla daha çox əlaqələri, burada daha çox maraqları var, nəinki Ermənistanda. Hesab edirəm ki, bizim uğurlarımız artdıqca dövlətlərin bizə doğru mövqeyində müsbət dəyişiklik baş verəcək. Rusiya da, Amerika da, Fransa da belə etməli olacaq. Həm də beynəlxalq hüquq bizim tərəfimizdədir. Məğlub vəziyyətdə olduqda beynəlxalq hüquqa heç kim fikir vermirdi, ancaq siyasi müstəvi dyirdilər. İndi qalib gəldiyimiz üçün hamı beynəlxalq hüquqa müraciət etməyə məcbur olacaq. Beynəlxalq hüquq da bizim tərəfimizdədir”.


Müəllif: Cavad

Oxşar xəbərlər