20 Oktyabr 2020 20:00
2 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün baza prinsipləri, üstəlik kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyir. Lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. İşğalçı ölkənin baş naziri bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər. Ona görə də indi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Deputatın sözlərinə görə, işğalçı ölkənin hazırkı baş naziri Nikol Paşinyan Sorosun əlaltısıdır.

Millət vəkili vurğulayıb ki, Paşinyan həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edib: “Onun partiyası “Çıxış” adlanır. Bu isə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi Birliyindən çıxış anlamına gəlir. Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun nümayəndələridir. “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələri də indiki erməni hakimiyyətinin tərkibində yer alır”.

Məlahət İbrahimqızı vurğulayıb ki, bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atırdı: “İndiki Ermənistan hakimiyyətinin təmsilçiləri vaxtilə “Rusiyalı işğalçılar, rədd olun” şüarları ilə çıxış edirdilər. Buna görə də Rusiyadan bu ölkəyə qarşı hər hansı bir dəstəyin olması təəccüblüdür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər