30 Oktyabr 2020 13:06
11 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin Dağlıq Qarabağla mövqeyi çox ciddi bir yanaşmadır. Bu məsələ ilə bağlı maksimalist gözləntimiz də mövcud deyildi. Amma Rusiyanın bu mövqeyi əvvəlkindən fərqlənir. Bu mövqe bizim maraqlarımıza uyğundur. Sözsüz ki, bu, Rusiyanın Azərbaycana olan münasibətindən qaynaqlanır. Eyni zamanda bu dövlətin ölkəmizə verdiyi önəmin göstəricisidir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.

Partiya sədri qeyd edib ki, bu məsələlərlə bağlı çox böyük faydalı bir mövqe sərgilənib.

Deputatın fikrincə, Rusiya Prezidenti Vladimir Putinin bu cür açıqlaması ermənilər üçün müəyyən problemlər yaradır: “Çünki ermənilərin arzuladıqları və yaxud himayə olunmaq kimi xəyalları puç oldu. Artıq Azərbaycanın masa arxasında da prinsipləri tamamilə başqa səmptdə olacaq. Çünki nəzərdə tutulan formatı artıq Azərbaycan Ordusu dəyişib. Ona görə də o formatın artıq mənası qalmayıb”.

Fazil Mustafa bildirib ki, Azərbaycan unikal dövlətdir: “Qarabağda da idarəçiliyin mədəni konponentlər nəzərə alınaraq təmin edilməsi mümkün olacaq. Yəni, bir icma formasında özlərinin Azərbaycan daxilində, qanunlarımız çərçivəsində fəaliyyəti mümkündür. Çünki ölkəmizdə bütün milli azlıqlara verilən hansı hüquqlar varsa, o hüquqlardan Qarabağda yaşayan millətlərin nümayəndəsi də istifadə edə biləcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər