26 Fevral 2021 22:56
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dünyası olaraq, Azərbaycanla çiyin-çiyinə dayanmağa davam edirik”.

Teleqraf.com xəbər verir ki, bunu Türk Şurasının baş katibi Bağdad Amreyev deyib.

Xocalı Soyqırımının 29-cu ildönümü ilə bağlı açıqlama verən Amreyev 1992-ci il fevralın 26-da erməni hərbi qüvvələrinin Xocalıda yaşlı, qadın, uşaq və körpələrin də aralarında olduğu günahsız insanları qətlə yetirdiyini xatırladıb.

Türk Şurasının baş katibi minlərlə azərbaycanlının erməni hərbi qüvvələri tərəfindən əsir alındığını, Xocalının tamamilə yox edildiyini bildirb:

“Bütün dünyanın şahidlik etdiyi kimi, ədalət öz yerini tapdı, qardaş Azərbaycanın Dağlıq Qarabağın işğal altındakı əraziləri uğrunda apardığı legitim mübarizə qələbi ilə nəticələndi. Bu zəfər bütün türk dünyası üçün qürur və xoşbəxtlik mənbəyi oldu.
Xocalının ağrılı xatirəsi, şübhəsiz ki, bütün təzəliyi ilə azərbaycanlı qardaşlarımızın qəlbində yaşayır. Bu münasibətlə Türk Şurası olaraq Xocalı Soyqırımı qurbanlarını hörmətlə anırıq, Azərbaycan xalqına və hökumətinə başsağlığı veririk. Türk dünyası olaraq Azərbaycanla çiyin-çiyinə dayanmağa davam edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər