1 Aprel 2021 16:50
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların təxminən yarısı maliyyə hesabatını təqdim etməyib.

Teleqraf.com-un məlumatına görə, aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatsa da dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 36-sı illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər