Ermənilərin Azərbaycan torpaqlarını işğalda saxladıqları müddətdə basdırdığı minalardan xüsusi bi məqalə ilə çıxış etsəydik, “minalardan raketə qədər” başlığı altında çıxış etmək olardı. Bu ifadə altında nəyi göstərmək olar? Bu, hər bir addımda Ermənistanın bu əraziyə yad baxmasını sübut edən arqumentdir. Torpağın bağrına, onun varlığına bu qədər də təhlükə əkmək olar? Ermənilər bunu əkiblər, ona uyğun da tale biçirlər...
Bu fikirləri Telerqaf.com-a Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc deyib.
Onun fikrincə, azad olmuş ərazilərdə hər yer minalıdı:
“Rus sülhməramlıları da Qarabağda gündəlik görülən işlərlə bağlı icmal təqdim edir. Minlərlə partlamamış mərmi, silah-sursat, mina məhv etdiklərini vurğulayırlar. Dərhal sual yaranır ki, bu minaları ora kim basdırıb? Onlara kim pul xərcləyib? Məqsəd nə olub? Onların hədəfləri nə idi? Hamısı bəllidir. Anti-insanı, anti-bəşəri xarakter daşıyan planlar olub”.
Zahid Oruc bildirib ki, Ermənistan “İsgəndər” raketinin kölgəsində gözləmək istəyində olub:
“Bu raketi atmısınız! Şuşanın erməni şəhəri olmadığını da sübut edirsiniz! Şuşa Azərbaycanın varlığının, bağrının ayrılmaz hissəsidir. Faktiki Paşinyan da bu məsələ ilə bağlı bəyanat verdi. O, bu bəyanatı ilə cəmiyyətin və əleyhdarlarının süngüsünə tuş gəldi. O bildirdi ki, Şuşa ermənilər üçün “qaranlıq bir şəhər” obrazında idi. Ermənilər üçün müqəddəs, məlum ideologiya leksikonunda miflər yaradılmışdı. O, bunun əksini söylədi. Amma əslində elə Paşinyan düz demişdi. Çünki o şəhərə, torpaqlarə görün nə vəziyyətdə baxmışdılar. Həqiqətən də cənnətməkan, Qafqazın mirvarisi adlandırdıqları ərazini ermənilər niyə o vəziyyətə salıblar? Özlərinin olduğunu dedikləri 7 rayona da qondarma adlar qoyublar: Karvaçar, Akna, Varanda... Bu adlar nədir? Doğurdan da hesab edirlər ki, bunlar tarixi erməni şəhərləri olub? Beləydisə, niyə bu günə qoyublar “öz şəhərlərini”? Burada heç bir məntiq işləmir, yoxdur. Bu gün həmin ermənilərin döyüşlərə qatılıb, “İsgəndər” raketi ilə belə xilas olmayan əsgərləri, zabitləri qəbiristanlıqlarda yatır. İrəvanda və onun digər şəhərlərindədir onların məzarları”.
Deputata görə, bütün komponentlər sübut edir ki, Dağlıq Qarabağda qurulması istənilən dövlət modeli əvvəldən puç olub, iflas edib:
“Bunu Ermənistanın prezidenti Armen Sərkisyan da demək olar ki, öz müsahibəsində etiraf edib. O Azərbaycanla münasibətlərin bərpasının zəruri olduğunu qeyd edib".