4 May 2021 13:35
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşları dövlətin idarəetmə xərclərini vegilərlə öz üzərinə götürüb. Hesab edirəm ki, vətəndaşın hansısa sənəd alarkən rüsum ödəyib-ödəməməsi məsələsinə baxılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili sual da edib: “Niyə vətəndaş vəsiqə almaq üçün 40 manat ödəməlidir? Vətəndaş üzrsüz səbəbdən vəsiqə alırsa, yəni özü itiribsə və ya xarab edibsə, bu halda rüsum ödəsin. Əgər vəsiqənin sadəcə dəyişdirilməsinin vaxtı çatıbsa niyə pul ödəsin? Onsuzda vətəndaş həmin qurumu saxlamaq üçün vergi ödəyir. Məncə, bu formada vətəndaşdan təkrar pul yığılmasına son qoyulmalıdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər