19 May 2021 20:13
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-nın “Bərabərlik və Anti-Diskriminasiya” komitəsinin növbəti onlayn iclası baş tutub.

Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva iclasdakı müzakirə olunan mövzulardan bəhs edib.

Deputat AŞPA-nın komitə iclasında Qarabağda islam və xristian dini abidələrinin bərpasından, Azərbaycanda multikulturalizm ənənələrindən söz açıb: “İclasın gündəliyinə islamafobiyaya qarşı mübarizə, miqrasiya siyasətinin gender aspekti, sosial bərabərsizliyin aradan qaldırılması məsələləri daxil edilib. Eyni zamanda “namus cinayətləri” üzərində iş və bir sıra digər əhəmiyyətli məsələlər əlavə olunub”.

Könüll Nurullayeva “Avropada İslamafobiyanın qarşısının alınması və bu istiqamətdə maarifləndirmə” mövzusunda AŞPA iclasında müzakirə olunduğundan bəhs edib: “Avropa cəmiyyətində kök salmış əsassız İslamafobiya, müsəlman əhalisi, xüsusilə müsəlman qadınları və gənclərinə qarşı edilən ayrı-seçkilik müzakirə olunub. Azərbaycanın dünyəvi dövlət olaraq, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Qarabağda 30 ilə yaxın yerlə-yeksan olunmuş məscidlərə diqqət çəkilib. Müxtəlif mədəniyyət, din və sivilizasiyaların qovşağı olan, azad olunmuş Qarabağda məscid və kilsələrin eyni anda bərpa edildiyi vurğulanıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər