“Energetika sistemində problemlər var. Hesab edirəm ki, belə bir qanuna ehtiyac var. Ancaq məni bir məqam düşündürür və bu suala cavab almaq istəyirəm”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Vahid Əhmədov qanun layihəsini təqdim edən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanova sual edib
“Ən ciddi problem sayğaclarla bağlıdır. Əhali narazıdır. Yeni sayğacların tətbiqi nəzərdə tutulurmu? Ağıllı sayğac anlayışı nədir? Sayğacların dəyişdirilməsi baş verəcək, ya nə olacaq? Mən maraqlandım və aydın oldu ki, yeni sayğaclarda məntiqlə əvvəlki sayğaclar kimi eyni informasiyaları ötürür”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə deputata cavabında deyib ki, ağıllı sayğac dedikdə Avropa standartların uyğun sayğaclar nəzərdə tutulur:
"Buna internet üzərindən də nəzarət etmək də mümkün olacaq”.