23 İyun 2021 12:05
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hər kəs qanuni şəkildə informasiya axtarmaq, almaq, hazırlamaq və yaymaq hüququna malikdir. Ölkə əhalisinin 80%-i tərəfindən sərbəst şəkildə internetdən istifadə olunur.

Bu fikirləri AŞPA-nın Yay Sessiyası üzrə videokonfrans formatında baş tutan toplantıda millət vəkili Könül Nurullayeva deyib.

Deputat sessiyada "Media azadlığı, ictimai inam və insanların bilmək hüququ" mövzusu ətrafında fikir mübadiləsi aparıb.

Sessiyada media azadlığı ilə bağlı dünyadakı vəziyyətdən, xüsusilə də Azərbaycanda mövcud olan mətbuat və internet azadlığı, insanların leqal informasiya əldə etmək hüquqlarının uğurlu tətbiqindən bəhs olunub.

Millət vəkili Azərbaycanın şəhid media nümayəndələri Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcərdə ermənilərin mina terrorunun qurbanı olması barədə AŞPA təmsilçilərini məlumatlandırıb:

“Ermənistanın bu terror siyasəti bütövlükdə dünya mediasına yönəlmiş təhlükə kimi dəyərləndirilib. Azərbaycanda hökumət və dövlət orqanları ilə yanaşı, özəl media, təhsil ocaqları və mədəniyyət evlərini də maarriflənmə prosesində fəal iştirakı önə çəkilib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər