2 İyul 2021 11:58
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vətən müharibəsi bitdikdən sonra güc strukturlarının, ordunun peşə bayramı yüksək şəkildə qeyd edilir. Bu da təsadüfi deyil. Çünki ərazilərimizin işğaldan azad edilməsində ordumuzla yanaşı güc strukturlarının da əməyi olub”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı vitse-spiker Əli Hüseynli deyib.

Hüseynli bildirib ki, bu gün Azərbaycan polisinin peşə bayramıdır:

"Polis I Qarabağ müharibəsində olduğu kimi, II Qarabağ müharibəsində də fəal iştirak edib, Azərbaycan dövlətini, onun ərazi bütövlüyünü qoruyub".

Əli Hüseynli əlavə edib ki, 1993-dən ölkədə ictimai-siyasi sabitliyin bərpasında polisin müstəsna rolu olub:

“1994-1995-ci illərdə dölət çevrilişinin qarşıları alınıb, sonrakı mərhələdə polis mütəşəkkil cinayətkarlara qarşı mübarizədə böyük uğurlar əldə edib. Azərbaycan polisi bundan sonra da cənab Prezidentə, Azərbaycan dövlətinə və xalqa sədaqətlə xidmət edəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər