Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin ildönümüylə bağlı paylaşım edib.
Teleqraf.com paylaşımı təqdim edir:
"Qardaş Türkiyədə sarsılmaz birliyin və güclü dayanışma ruhunun rəmzi olan 15 Temmuz! Vətən, millət, birlik uğrunda canından keçmiş bütün şəhidlərə Allahdan rəhmət, qazilərə cansağlığı arzulayırıq. Şəhidlər ölməz, Vətən bölünməz!"