19 Avqust 2021 17:06
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq DSK-ların tərkibində dəyişiklik olunmasının vaxtı çatıb. Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) nümayəndələri geniş iş aparıb”.

Teleqraf.com-un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini, Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) nümayəndəsi Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün ən ümdə məsələlərdən biri də üzvlərin peşəkarlığıdır:

“Bu məsələ həmişə diqqət mərkəzində saxlanılıb. MSK-da Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) 6 nümayəndəsi tərəfindən təqdimat imzalanıb. Tədqim edilən siyahıda 375 namizədin məlumatları var”.

Sonra siyahı səsverməyə çıxarılaraq qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər