4 Noyabr 2021 10:18
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu saat ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) narahat edən başqa məsələdir. Prezident Putin bəyan etdi ki, 2 mindən artıq uçan pilotsuz aparatları var və eyni zamanda onların müasir standartlara uyğun olduğunu bildirdi. Bundan başqa, ABŞ hərbi gəmiləri hazırda Qara dənizdədir. Bu da Rusiyanı ciddi narahat edir və Soçidə Putin ABŞ-ı hədələdi. Həmçinin Ukrayna böhranı var, Gürcüstan Rusiyanın Abxaziyadan çıxmasını istəyir, Türkiyə və Rusiya arasında hansısa gizli razılaşma var. MKİ də informasiyanı almaq və emal etmək məsələsində Mossaddan sonra dünyada ikinci yerdədir. Ehtimal edirəm ki, Moskvaya gələn MKİ direktoru Uilyam Berns bu məsələləri müzakirə edir”.

Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin qəfil Moskva səfəri və burada keçirdiyi görüşlər haqqında danışarkən deyib.

C. Nuriyev əlavə edib ki, MKİ direktoru olan Berns Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Paturşevlə müzakirələr aparıb: “Eyni zamanda Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narişkinlə bir araya gəlib. Məncə, yuxarıda qeyd etdiyim məqamlar bu görüşlərdə əsas müzakirə mövzusu olacaq. Aydındır ki, indi ABŞ və Rusiya, eləcə də Çin və ABŞ münasibətləri “Soyuq müharibə” dövrünə keçid edir. Üstəlik ABŞ və Rusiya arasında uzaqmənzilli nüvə başlığı daşıyan raketlərlə bağlı problem də var. Başqa məsələlərin müzakirəsi ehtimal edilmir”.

C. Nuriyev ABŞ və Rusiya arasında həssas mövzuların diplomatlar deyil, kəşfiyyatçılar arasında müzakirəsinə də diqqət çəkib: “Əvvəla diplomatların danışıqları qapalı olur və diplomatlar kəşfiyyatçılardan fərqli olaraq uzaqgörən olmurlar. Diplomatlar konkret situasiyaya, kəşfiyyatçılar isə proqnozlaşdırmaya baxırlar. Odur ki, indi danışıqları kəşfiyyatçılar aparır. Kəşfiyyatçılar həm də məlumatlar var, məsələlərə evrasik yanaşırlar, yəni yenilikçi və yaradıcıdırlar. Bu mənada ABŞ və Rusiya kəşfiyyat şeflərinin qəfil təmas və müzakirələri olduqca maraq kəsb edir”.


Müəllif: Nemət

Oxşar xəbərlər