17 Noyabr 2021 15:00
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 Noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci il Noyabr ayının 17-də xalqımızın azadlıq səsini ucaldaraq ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Nəhayət 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini bərpa etdi. Bu yol kifayət qədər mürəkkəb və ağır olsa da, Azərbaycan uğurla addımlamağı, gələcəyə baxmağı bacardı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, müstəqilliyini yeni bərpa edən Azərbaycan bu dəfə Ermənistanın təcavüzünə uğradı, ağır daxili çəkişmələrlə üz-üzə qaldı: “Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda sabitlik və istiqrar təmin olundu. Ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla və uzaqgörənliklə davam etdirən Prezident İlham Əliyev bu müstəqilliyi daha da möhkəmləndirdi. Ölkəmizdə güclü ordu, vətənpərvər gənc nəsil formalaşdı. Məhz bu siyasət nəticəsində 2020-ci ildə Azərbaycan işğal altındakı torpaqlarını azad edərək, bölgədə yeni reallıq yaratdı”.

Deputat bildirib ki, hazırda postkonflikt dövrünü yaşayırıq: “Görünən odur ki, Ermənistanın təxribatları bir müddət davam edəcək. Hər birimiz diqqətli olmalı, ayıq-sayıqlığımızı itirməməli, məsələlərə daha geniş və dərindən baxmağı bacarmalıyıq”.

Millət vəkilinə görə, 44 günlük Vətən müharibəsindəki Qələbəmizi bir neçə amil təmin etdi: “Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun qəhrəmanlığı, xalqımızın birlik və həmrəyliyi ilə tarixi ədalət bərpa edildi. Qarşıda isə hələ mühüm vəzifələr dyaanır. Bundan sonra müstəqilliyimizi daha da gücləndirmək, qələbəmizi möhkəmləndirmək, birlik və həmrəyliyi qorumalıyıq. Xalqımızı 17 noyabr Milli Dirçəliş Günü münasibəti ilə təbrik edir, hər zaman mübariz, əzmkar, müstəqil, bir və həmrəy olmağını arzulayıram”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər