17 Noyabr 2021 16:33
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən çox istərdim belə dəyişikliklər zamanı deputatlara büdcəyə nə qədər vəsait daxil olacağı, bələdiyyələrin nə qədər itirəcəyi haqda məlumat verilsin”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanununun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, bəzi bələdiyyələrin ərazisində yolların və kanalizasiyaların hansı durumda olduğunu görürük: “Bələdiyyələrin durumu acınacacaqlıdır.

Əvvəl deyirdik ki, bələdiyyələr yeni qurumdur, təcrübəsi azdır. Artıq 1999-cu ildən bu yana bələdiyyələr fəaliyyət göstərirlər. Məncə, bələdiyyələrin səlahiyyətini artırmaq lazımdır”.

Komitə sədri Tahir Mirkişili isə deputata cavab olaraq deyib ki, dəyişikliklər nəticəsində dövlət büdcəsinə 60 milyon manat daxil olacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər