Noyabrın 25-də və 26-da İtaliyanın Roma şəhərində AŞPA-nın Daimi Komitəsinin iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, iclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
Daimi Komitənin iclasında Belarusla sərhəddə miqrantların vəziyyəti,miqrantların beynəlxalq müdafiəsi, uşaqların başlıca maraqlarının təmini, Mərakeşdə 2021-ci il sentyabrın 8-də keçirilən parlament seçkilərinin nəticələri, gender zorakılığı ilə mübarizədə kişilərin rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.