23 Noyabr 2021 11:21
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Milli Assambleyasında Senatın rəsmi şəxslərinin erməni separatçılarını qəbul etməsi birmənalı qarşılana bilməz. Mən bu məlumatı oxuduqda heç də təəccüblənmədim. Çünki Fransa daima belə fəaliyyət göstərib, müsəlman ölkələrinə qarşı olub.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Həsənquliyev sual edib ki, Qarabağdakı separatçıları Parisə dəvət edən Fransa nədən Donbas və digər yerdəki separatçılarla bağlı belə addım atmır.

Avstraliyanın Fransadan köhnə sualtıqayıq almadığı üçün Parisin bəyanatlar verdiyini xatırladan deputat əlavə edib ki, həmin vaxt Fransada bəyan edirdilər ki, bu addım onun şərəfinə toxunub: “Bu halda Fransa özü nədən şərəfə uyğun olmayan addım atır?”

Deputat bildirib ki, Azərbaycan mümkün qədər Fransanın Minsk qrupundan kənarlaşdırmağa çalışmalıdır: “Erməni lobbisinin çirkli pulu ilə bəslənənlər heç vaxt bu addımlardan əl çəkməyəcək. Məncə, Fransa ilə münasibətlərə yenidən baxılmalıdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər