“Putinin komandası Kreml sahibinin qrafikini elə tərtib edirlər ki, Rusiya prezidenti xarici qonaqların əksəriyyətini bir neçə günlük zaman kəsiyində Soçidəki iqamətgahında qəbul etsin”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya liderinin iş qrafikinə diqqət çəkib:
“Rusiya Prezidenti Vladimir Putinin maraqlı iş qrafiki var. Putin Moskva və Kremldəki otağından bezəndə kurort şəhəri olan Soçiyə gedir, həm dağ havası alır, həm də qonaqlarını qəbul edir. Putinin komandası Kreml sahibinin qrafikini elə tərtib edirlər ki, Rusiya prezidenti xarici qonaqların əksəriyyətini bir neçə günlük zaman kəsiyində Soçidəki iqamətgahında qəbul etsin.
Məsələn, Vladimir Putin bir neçə gündür Soçidədir, artıq Fələstin Prezidenti Mahmud Abbasla görüşüb, bu gün serb həmkarı Aleksandr Vuçiçlə görüşəcək, sabah isə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçərəcək.
Putin Mahmud Abbasla Fələstinin problemlərini, Aleksandr Vuçiçlə Serbiyaya satılan Rusiya qazının qiymətinin ucuzlaşdırılmasını, Azərbaycan və Ermənistan liderləri isə kommunkasiya xətlərinin açılmasını müzakirə edib və ya edəcək. Rəngarəng mövzulardır. Putin bu mövzuların hər birində Rusiyanın həlledici rolunu vurğulamağa çalışır”.