23 Dekabr 2021 09:05
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brüssel görüşündən sonra Ermənistan real addımlar atmağa başlayıb. Bunu Nikol Paşinyanın son addımları da göstərir. Artıq dəmir yolunun çəkilməsi gündəmə gətirilib. Eləcə də Tavus bölgəsindən avtomobil yolu haqqında məsələlər danışılır”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

Onun fikrincə, Ermənistan hakimiyyəti tədricən ağıla gəlir:

“Moskvada Paşinyana deyilənlər Brüsseldə də deyilib. Hesab edirəm ki, bundan sonra real addımların atılmasının vacibliyini artıq Ermənistan hakimiyyəti anlamağa başlayıb. Fikrimcə, bu müsbət haldır və indi Ermənistan üzərinə düşəni həyata keçirməlidir. Bunun alternativi yoxdur”.

Cümşüd Nuriyev əlavə edib ki, son günlər Nikol Paşinyanın çıxışlarında “Dağlıq Qarabağ” kimi ifadələrə rast gəlinmir:

“Bu da təsadüfi deyil. Əvəllər belə fikirlər deyilirdi. Paşinyan son görüşü zamanı daha çox “Artsax” ifadəsini işlədib. Bu da daha çox daxili auditoriya üçün hesablanan addımlardır. Başqa cür edə bilməz. Amma özü bilir ki, artıq vəziyyət köklü sürətdə dəyişib. İndiki halda Paşinyan da anlayır ki, maksimum güzəşt Qarabağda yaşayan ermənilərə mədəni muxtariyyətin verilməsi ola bilər. Bu da o zaman baş verər ki, İrəvan Bakının irəli sürdüyü təkliflərə müsbət reaksiya versin. Düşünmürəm ki, bundan sonra İrəvan hökuməti sülhün yaranmasına problem yaratmaq üçün süründürməçiliklə məşğul olsun”.


Müəllif: Nemət

Oxşar xəbərlər