“Mən işləyəndə tələb edirdilər qocaman hakimləri çıxarın, yerinə gəncləri götürün. Amma mən qocaman və təcrübəli hakimləri işdən çıxarmadım, əksinə buna qarşı çıxdım. Bilirdim ki, onlar aşağıdan gəlir. Özüm də uzun illər bu sahədə işləmişdim”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsi haqqında çıxışı zamanı deputat Tahir Kərimli deyib.
Tahir Kərimli əlavə edib ki, sonradan onun işdən çıxarmadığı hakimlərin çoxu ona qarşı çıxıb.
“Hətta onlar mənim əleyhimə imza topladılar, müraciətə imza atdılar. Amma bütün bunlara rəğmən mən indi də hesab edirəm ki, belə təyinatlarda iş təcrübəsi nəzərə alınmaldıır”.