7 Fevral 2022 16:49
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan 8 erməninin əvəzinə I Qarabağ müharibəsində kütləvi məzarlıqların koordinatlarını Azərbaycana verəcək: mina xəritələrinin tam dəqiq olmaması bu məsələdə də İrəvana inamı azaldır, hərçənd, razılaşmanın əldə edilməsi və prosesin inkişafı fonunda birdən çox vacib məqam var.

Birincisi, Ermənistan I Qarabağ müharibəsində kütləvi qətllər törətdiklərini etiraf edir və bunu Qərb platformasında aparılan danışıqlarda qəbul etməsi sonradan təkzib imkanını azaldır;

İkincisi, tapılacaq kütləvi məzarlıqların hər birindən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinin bir sübutu kimi istifadə etmək imkanı yaranır: tapılacaq məzarlıqların hər birində Quba Soyqırımı Memorial Kompleksi kimi abidə yaradıla bilər;

Üçüncüsü, bu istiqamətdə əldə edilcək nəticələr beynəlxalq aləmdə Ermənistanın və erməni diasporunun uzun illər apardığı təbliğat qarşısında əlimizi daha da gücləndirəcək;

Azərbaycanın bu razılaşmaya nail olması əlavə iki kontekstdə də diqqət çəkir:

- I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi istiqamətində aparılan iş dövlətə inamın güclənməsi baxımından əhəmiyyətlidir: cəbhəyə gedən əsgər anlamalıdır ki, dövlət onun taleyinə biganə qalmayacaq;

- Minlərlə vətəndaşımız 30 ildən sonra da olsa doğmasının taleyini biləcək;

- Bakı saxlanılan ermənilərdən maksimum nəticə əldə etmək üçün səmərəli şəkildə istifadə edir;

Razılaşma prosesin başlanğıcıdır və davamında Bakının əsas tələblərindən biri təkcə kütləvi məzarlıqlar yox, həm də əsirlərin taleyi olacaq. Saxlanılan digər ermənilər də bu prosesdə istifadə edilə bilər.


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər