İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi İranda islam inqilabının qələbəsinin 43-cü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə mətbuat konfransı keçirir.
Teleqraf.com xəbər verir ki, səfir qeyd edib ki, İranın xarici siyasəti, xüsusiləı yeni hökumətin dövründə qonşularla əlaqələrin inkişafına yönəlib.
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bildirib ki, İran üçün qonşularla əlaqələrin inkişafı mühüm əhəmiyyət daşıyır:
“İranın yeni prezidenti seçildikdən sonra 3 xarici səfər həyata keçirib ki, bu da ancaq qonşu ölkələrə edilib. Cənab Rəisinin Aşqabad səfəri çox mühüm olub ki, bu görüş zamanı o cənab İlham Əliyevlə görüşüb və bu görüşdə faydalı danışıqlar aparılıb. Bu görüş iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi hesab olunub. Mən şadam ki, həmin görüşdən sonra iki ölkənin əlaqələrində sıçrayışlı inkişaf müşahidə olunur. Bu inkişaf siyasi, iqtisadi mədəni və təhlükəsizlik sahələrində özünü göstərir. İki ölkə beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edir və bir-birilərinin mövqelərini dəstəkləyirlər. Ümidvaram və əminəm ki, əlaqələrin inkişafı bu səviyyədə davam edəcək və üçüncü tərəflər bu əlaqələrin inkişafına heç bir təsir edə bilməyəcəklər”.