Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.
Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən səfər təxirə salınmışdı.
Səfir əlavə edib ki, Əbdülfəttah əs-Sisinin Bakıya səfərinə hazırlıq məqsədilə Misir xarici işlər naziri Sameh Şükrü Bakıya gələcək. Lakin diplomat Misir Prezidentinin Bakıya səfərinin dəqiq tarixini açıqlamayıb.