23 Mart 2022 15:21
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa hökuməti fəaliyyəti Viyana Diplomatik Əlaqələr Konvensiyasına zidd olduğu ortaya çıxan bir qrup rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə xüsusi xidmətləri əlaqələndirmə nazirinin sözçüsü Stanislav Zarın mətbuat konfransında bildirib.

O, məsələ ilə əlaqədar Rusiyanın Polşadakı səfiri Sergey Andreyevin Xarici İşlər Nazirliyinə dəvət olunduğunu da diqqətə çatdırıb.

Daxili Təhlükəsizlik Agentliyinin məlumatına əsasən ölkədən çıxarılacaq 45 nəfərdən ibarət siyahıya rusiyalı diplomatlar və həyat yoldaşları daxildir. Bu şəxslərin məxfi məlumatlar toplamaqla yanaşı, yerli vətəndaşları xarici dövlətin xeyrinə casusluq fəaliyyətinə cəlb etdikləri də bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər