3 May 2022 18:49
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fici adalarında ABŞ-ın sorğusu əsasında sahibinin rusiyalı iş adamı Süleyman Kərimovun ola biləcəyi iddia edilən gəmi müsadirə edilib.

Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarı barədə ada dövlətinin Baş Prokurorluğu məlumat yayıb.

“Suva Ali Məhkəməsi bu gün baş prokurorun keçən ay ABŞ-ın müsadirə edilməsinə dair orderinin qeydiyyata alınması müraciətindən sonra “Amadea” superyaxtasının müsadirəsi barədə qərar çıxarıb”, - Fici prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir.

Yaxta Meksikanın Mansanillo şəhərindən gəldikdən sonra Ficidə saxlanılıb.

Süleyman Kərimov 1966-cı ildə Dərbənddə dünyaya gəlib. Milliyyətcə ləzgidir. 200-ci ildən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının üzvüdür.


Müəllif: Səxavət

Oxşar xəbərlər