Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Ann Linde ilə görüşüb.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, gorüş zamanı ölkəmizlə İsveç arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq perspektivləri, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün geniş imkanların mövcud olduğunu bildirib, İsveçin ATƏT-də sədrliyi dövründə apardığı fəaliyyət müsbət qiymətləndirilib. Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanın son təxribatları və mina təhlükəsi barədə barədə ətraflı məlumat verib.
İsveç naziri mövcud gərginlikdən narahatlıqlarını diqqətə çatdırıb və normallaşma prosesinin davam etdirilməsinin vacib olduğunu bildirib. O, İsveçin Azərbaycanla Ermənistan arasında vasitəçilik səylərinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.