28 Sentyabr 2022 08:18
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Azərbaycanla tərəfdaşlıqla bağlı müzakirələr aparıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyindən bildirilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisi İrs Fondunda ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub.

Hikmət Hacıyev ABŞ səfəri çərçibəsində həmçinin Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşüb.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri bildirib.

“Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanı birbaşa və konstruktiv danışıqlar üçün qəbul etdim. Biz növbəti zorakılığın qarşısının alınmasının və vaxt məhdudiyyətli və məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik”, - Ceyk Sallivan qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər