Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının sammiti öncəsi bir sıra mühüm sənədlər imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə cümə günü Azərbaycan XİN-in "Twitter" paylaşımında deyilir.
"11 noyabr 2022-ci il tarixində Səmərqənddə (Özbəkistan) “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqi yolunda” mövzusuna həsr olunmuş Türk Dövlətlərinin Zirvə Toplantısı keçiriləcək.
Nazir Ceyhun Bayramov 2022-2026-cı illər üçün strategiya, qaydalar və prosedurlar da daxil olmaqla mühüm sənədlər imzalayıb", - deyə paylaşımda bildirilir.