5 Dekabr 2022 14:48
1 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumiyyətlə, Rusiya tərəfində belə bir fikir formalaşıb ki, onlar öz işlərini Azərbaycan tərəfindən səslənən xəbərdarlıqlara səssiz qalmaqla və yaxud da ki, bunu tamamilə təkzib etməklə bitmiş hesab edirlər. Azərbaycan isə öz növbəsində Qarabağa qanunsuz olaraq keçən İran xəfiyyələrinin adlarını, soyadlarını getdikləri maşını, hazırlıq keçdikləri əraziləri dəqiqliklə göstərib. Belə olan halda rus sülhməramlılarının komandanı Andrey Volkovun açıqlaması daha çox özünü müdafiə xarakteri daşıyır.

Bunu Teleqraf.com-a hərbi ekspert Ədalət Verdiyev deyib.

O hesab edir ki, Azərbaycan bütün bunlara cavab olaraq Laçın dəhlizinə nəzarəti gücləndirməklə rus sülhməramlılarını bu funksiyanı icra etməkdən uzaqlaşdırmalıdır:

“Əks halda bundan sonra da Azərbaycanı narahat edəcək insidentlərin baş verəcəyi istisna edilmir”.

Hərbi ekspertə görə, Xankəndiyə, Xocalıya mülki şəxslərimiz gedə bilirsə, hərbçilərimizin hara qədər gedəcəyi şübhə doğurmur: “Ona görə də, erməni separatçılarının “status” barəsində oradakı yerli əhaliyə verdikləri vədlərin də əslində boş bəyanatlardan başqa bir məna daşımadığı ortaya çıxdı. Azərbaycanın mülki vətəndaşları 3 saata Laçın dəhlizini bağlaya bilirsə, Xüsusi Təyinatlı Qüvvələr və ya Komando birləşmələrimiz həmin əraziyə girərsə, bu müddət nə qədər uzun sürə bilər bunu qarşı tərəf unutmamalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər