“Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycan və Türkiyə səmimidir. Ermənistan da səmimi addımlar atmalıdır. Ən qısa vaxtda sülh müqaviləsi imzalanmalıdır”.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, İrəvanla etimad mühitinin formalaşması üçün hava məkanımızın açılması, karqo daşımaları ilə bağlı bəzi addımlar atılıb. Bundan sonra da hər kəs addım atmalıdır. Ermənistan da səmimi addım atmalıdır. Onlar bizim səmimi mövqeyimizə səmimi cavab verməlidirlər”.
Nazir qeyd edib ki, Cənubi Qafqazdakı sülh və sabitlik üçün region ölkələri addımlar atmalıdır:
“Şuşa Bəyannaməsi ilə biz Azərbaycanla rəsmi müttəfiq olmuşuq. Bizim aramızda hərbi təlimlərin, əməkdaşlığın, ortaq təhsil proqramlarının həyata keçirilməsi kifayət qədər təbiidir. Bu kimsə üçün təhdid deyil”.