14 Dekabr 2022 20:17
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada yerləşən Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və bir qrup qeyri-hökumət təşkilatları (QHT) Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən həmvətənlərimizə həmrəylik nümayiş etdirən mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, mətbuat konfransında TADİV rəhbəri Aygün Əttar bildirib ki, onlar yaxın vaxtlarda Azərbaycana səfər edərək, aksiyaçıların yanında olacaq.

TADİV rəhbəri məsələ ilə əlaqədar tədbirdə qəbul edilən bəyanatın Ankarada yerləşən BMT-nin nümayəndəliyi başda olmaqla, bütün beynəlxalq təşkilatlara da göndəriləcəyini deyib.

Bəyanatda qeyd edilir ki, Qarabağın təbii sərvətləri beynəlxalq kriminal fəaliyyətlərlə məşğul olan iş adamları və şirkətlər vasitəsilə talanır.

Azərbaycan Ekologiya Nazirliyi və “Azergold” şirkəti mütəxəssislərinin ölkəmizə məxsus olan mədənlərə qanuni yolla nəzarət etmək və orada Azərbaycanın ekologiyasına dəyən ziyanı müəyyən etmək cəhdinin qarşısının alınması qanunsuzluqdur.

Bəyanatda bütün dünyanın ekoloqları və müvafiq beynəlxalq təşkilatları Azərbaycanın ekologiyasının Ermənistan tərəfindən məhv edilməsinə son qoyulması üçün fəal olmağa dəvət edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər