20 Dekabr 2022 17:46
2 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində, görünən odur ki, bu gün Şuşa-Xankəndi yolundakı aksiyaçıların harada, necə dayanması rus sülhməramlılarını o qədər də maraqlandırmır. Onlar orada üçtərəfli razılaşmaya əsasən dayanıblar. Bununla belə bu günlərdə separatçı Ruben Vardanyanın müharibədən danışması, kimlərisə müharibəyə səsləməsi absurd məsələdir. Çünki bunun üçün onun taqəti və imkanları mövcud deyil.

Bunu Teleqraf.com-a polotoloq Zərdüşt Əlizadə deyib.

Politoloq sülhməramlıların aksiyanın 8-ci günündə öz postalarını geri çəkməsinə də münasibət bildirib:

“Burada mümkün təxribat elementlərini dəyərləndirmək olar. Amma ümumilikdə Azərbaycan tərəfinə belə bir təxribatın olması qətiyyən lazım deyil”.

O hesab edir ki, aksiyaçılara qarşı ermənilər tərəfindən hansısa təxribatın olması ehtimalları da zəifdir:

“Çünki onların elə bir imkanları və gücləri yoxdur. Sözsüz ki, aksiya uzanır. Burada əsas tələb Azərbaycan və Rusiyanın prinsiplərinin Ermənistan tərəfindən qəbul edilməsidir. Bu, Zəngəzur dəhlizi və sülh müqaviləsi ilə bağlıdır”.

Zərdüşt Əlizadəyə görə, indiki halda Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı səsləndirmiş olduğu məsələlərə də birmənalı yanaşmaq lazımdır:

“Çünki Paşinyanın bu dəhlizin açılması ilə bağlı razılığının olub-olmamasının Azərbaycana bir təsiri yoxdur. Burada Rusiyanın da mövqeyi var. Ona görə də bu tələblər icra edilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər