Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Azərbaycan tərəfindən qurulan səhra xəstəxanasında çalışan tibb işçilərinə təşəkkürünü bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə XİN başçısı tviterdə qeyd edib.
“Kahramanmaraşa səfərim zamanı Azərbaycan tərəfindən zəlzələ nəticəsində xəsarət almış qardaşlarımıza xidmətlərin göstərilməsi məqsədilə göndərilmiş səhra xəstəxanasını ziyarət etdim, xəstəxanada çalışan bütün əməkdaşlara yorulmaz fəaliyyətlərinə görə minnətdarlığımı bildirdim”, - diplomat bildirib.