25 May 2023 00:14
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ harada keçirilməsindən asılı olmayaraq Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller ənənəvi brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken sülhün əldə edilə biləcəyini açıq şəkildə bildirib.

"Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz bu məsələdə tərəfləri dəstəkləməyə, o cümlədən onlarla birbaşa əlaqə yaratmağa davam edəcəyik. İstər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın istənilən başqa yerində danışıqları dəstəkləyirik", - o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər