2 İyun 2023 11:18
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İtaliya şirkətlərinin Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində fəal iştirakını təqdir edirik. Ölkənizi təmsil edən şirkətlər Qarabağ və Şərqi Zəngəzurda ən çox iş görən şirkətlər sırasındadırlar ki, bu da dövlətlərarası əlaqələrimizin səviyyəsindən xəbər verir".

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 2 İyun – Respublika Günü münasibətilə İtaliya Prezidenti Sercio Mattarellaya ünvanladığı təbrik məktubunda deyilir.

“Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan İtaliya ilə əlaqələrimizin genişlənməsinə xüsusi əhəmiyyət verir, qeyri-neft sektorunda birgə fəaliyyətimizi şaxələndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik. Apardığımız ali səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına İtaliyanın daim verdiyi dəstəyi yüksək qiymətləndiririk”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan ilə İtaliya arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər