"Seçkilərimiz türk millətinə yaraşan şəkildə keçdi. Daha 5 il ölkəmə xidmət etmək vəzifəsini öz üzərimə götürdüm. İlk xarici səfərimizi Şimali Kipr Türk Respublikasına etməklə ənənəmizi reallaşdırdıq. Buradan Azərbaycana gedirəm".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla birgə keçirilən mətbuat konfransında deyib.
"Mən Prezident Tatara təşəkkür etmək istəyirəm. Görüşlərimizdə bütün söhbətləri ətraflı müzakirə etdik", - deyə Ərdoğan qeyd edib.