Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib.
“4 iyul - Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə ABŞ hökumətini və xalqını səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı bildiririk! Biz ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik”, - paylaşımda qeyd olunub.