4 Sentyabr 2023 09:46
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın XİN başçısı səfər çərçivəsində Macarıstanın diplomatik nümayəndəlikləri rəhbərlərinin konfransında da çıxış edəcək.


Müəllif: Teleqraf.com